11:19 03-12-2020
news_image
202
FUTBOL

1505 günlük həsrət – “Qarabağ”da

Azərbaycan çempionu “Qarabağ” avrokubokların qrup mərhələsində ev qələbəsi qazana bilmir.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi öz meydanında son uğurunu 1505 gün əvvəl əldə edib.

2016-cı il oktyabrın 20-də Qurban Qurbanovun yetirmələri Yunanıstan PAOK-unu 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Avropa Liqasının həmin matçından sonra ağdamlılar öz meydanındakı qrup görüşlərində qələbəyə həsrətdir.

Təmsilçimiz evdəki son 12 qrup matçında 3 heç-heçə edib, 9 dəfə məğlub olub. Bu gün İsrailin “Makkabi” (Təl-Əviv) klubunu İstanbulda qəbul edəcək “Qarabağ” qardaş ölkədə keçirdiyi ev matçında uğursuz seriyanı qırmağa çalışacaq.