11:51 03-12-2020
news_image
117
FUTBOL

Oynamadan 3 titul qazanan qapıçı özünə klub tapdı – İngiltərədə

İngiltərənin “Liverpul” klubunun sabiq qapıçısı Endryu Lonerqan özünə yeni komanda tapıb.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı qolkiper “Stok Siti”yə keçib.

Çempionşip təmsilçisinə azad agent kimi keçən futbolçu qısamüddətli müqavilə imzalayıb. Karyerasının böyük hissəsi aşağı liqada keçən Endryu “Liverpul”da olduğu son bir ildə üç titul qazanıb.

Mersisaydlıların heyətində debüt şansı qazanmayan Lonerqan İngiltərə Premyer Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.