11:59 03-12-2020
news_image
72
FUTBOL

“İnter” Milanı satmağa hazırdır - “Tottenhem”ə

İtaliyanın “İnter” klubunun futbolçusu Milan Şkrinyar karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, slovakiyalı müdafiəçi “Tottenhem”in maraq dairəsinə düşüb.

London təmsilçisi Şkrinyarı qış transfer dövründə heyətinə qatmaq istəyir. Futbolçunun transfer qiyməti 45 milyon funt sterlinqdir. Maliyyə çətinlikləri olan Milan təmsilçisi müdafiəçini satmağa razıdır.

Qeyd edək ki, Şkrinyarın “İnter”lə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.