12:27 03-12-2020
news_image
90
FUTBOL

Yalnız bir dəfə - ikinci olmasın

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində son ev oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, cari mövsüm qrupdakı rəqiblərini qardaş Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda qəbul edən ağdamlılar burada xal qazana bilməyib.

“Vilyarreal”a 1:3, “Sivasspor”a 2:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri uğursuz seriyaya Təl-Əviv “Makkabi”si ilə qarşılaşmada son qoymalıdır. Ardıcıl 7-ci dəfə avrokubokların qrupunda çıxış edən “Qarabağ” yalnız bir dəfə evdə xal qazanmayıb.

Bu, 2018/19 mövsümündə qeydə alınıb. Həmin vaxt yeganə qələbəsini səfərdə qazanan ağdamlılar hər üç ev matçında uduzub.

Ümumiyyətlə, “Qarabağ” qrupda keçirdiyi oyunlarda öz meydanında 2 qələbə qazanıb, 7 heç-heçə edib və 11 dəfə uduzub. 16 qol vuran təmsilçimiz 36 top buraxıb. 2015/16 və 2016/17 mövsümlərində rekord sayda – 4 xal toplayan Qurbanovun yetirmələri üçün artıq həmin göstərici əlçatmazdır. Lakin “Qarabağ” 2 qol vursa, 4 il əvvəlki ən yaxşı ev məhsuldarlığını təkrarlayacaq.

“Qarabağ” qrup mərhələsinin ev oyunlarında

2014/15

3

0

2

1

1-2

2

AL

2015/16

3

1

1

1

2-2

4

AL

2016/17

3

1

1

1

5-4

4

AL

2017/18

3

0

1

2

1-6

1

ÇL

2018/19

3

0

0

3

1-10

0

AL

2019/20

3

0

2

1

3-6

2

AL

2020/21

2

0

0

2

3-6

0

AL

Cəmi

20

2

7

11

16-36

13