“Başakşəhər”in futbolçusu İrfan Can Kahveçi Çempionlar Liqasında het-trikə imza atan 4-cü türk futbolçu olub.
Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin V turunun “Leypsiq”lə ev oyununda (3:4) fərqlənən yarımmüdafiəçiyədək onun yalnız üç həmyerlisi bunu bacarıb.
İlk belə uğurun müəllifi Tuncay Şanlı olubsa, ardınca Burak Yılmaz eyni uğura imza atıb. Son het-trikin müəllifi isə bunu 4 il əvvəl xarici klubda – “Barselona”da bacaran Arda Turan olub. O, da İrfan Can kimi Almaniya klubuna qənim kəsilib.
Tuncay Şanlı – 2004-cü il. “Fənərbaxça” – “Mançester Yunayted” – 3:0
Burak Yılmaz – 2012-ci il. ÇFR – “Qalatasaray” – 1:3
Arda Turan – 2016-cı il. “Barselona” – “Borussiya” M – 4:0
İrfan Can Kahveçi – 2020-ci il. “Başakşəhər” – “Leypsiq” – 3:4
Qeyd edək ki, Kahveçi hər üç qolu cərimə meydanı xaricindən vurub. Çempionlar Liqasında buna sonuncu dəfə 2004-cü ildə təsadüf olunub. Həmin vaxt Ueyn Runi “Fənərbaxça”nı məyus edib.