13:23 03-12-2020
news_image
81
FUTBOL

Kapitanın qiyməti – 110 milyon

İngiltərənin “Aston Villa” klubu Cek Qrilişin qiymətini müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi yarımmüdafiəçini 110 milyon avroya satmağa razıdır.

Birminhemlilər kapitanı üçün bir il əvvəl 77 milyon avroya da hazır idi. 25 yaşlı futbolçu “Mançester Siti” və “Mançester Yunayted”in transfer siyahısında yer alıb.

Qeyd edək ki, Cek cari mövsüm Premyer Liqanın 9 oyununda 5 qol vurub.