14:40 03-12-2020
news_image
194
DİGƏR NÖVLƏR

Vətən müharibəsində həlak olan hərbçilərin adı, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə məlumat ictimaiyyətə açıqlanacaq

Vətən müharibəsində həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar ölkə ictimaiyyətinə təqdim olunacaq.

APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir.