14:52 03-12-2020
news_image
95
FUTBOL

11 ayda 42 qol – Levandovski zirvədə

2020-ci ildə bütün turnirlərdə ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) cədvəlinə Robert Levandovski başçılıq edir.

“Bavariya”nın polşalı hücumçusu bu ilin başa çatan 11 ayı ərzində 42 qol vurub. Dortmund “Borussiya”sının norveçli gənc ulduzu Erlinq Haland 39 dəfə fərqlənib.

İlk “üçlüy”ü Kriştiano Ronaldo qapayır. “Yuventus”unun portuqaliyalı futbolçusu 37 qola imza atıb. Romelu Lukaku (Belçika, “İnter”) 34, Rauno Sappinen (Estoniya, “Flora”) 32, Junior Neqrao (Braziliya, “Ulsan”) 30 qolun müəllifidir.

Qeyd edək ki, siyahıda ən azı 22 qol vuranlar yer alıb. Buna 29 futbolçu nail olub.