
23:06
İngiltərə Premyer Liqasında gənc oyunçuların keçidi ilə bağlı yeni qərar tətbiq olunacaq.
Apasport.az saytının məlumatına görə, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı olaraq klublar 2021-ci il yanvarın 1-dən sonra 18 yaşadək futbolçu transfer edə bilməyəcək.
Həmçinin, 21 yaşadək oyunçuların transferinə məhdudiyyət qoyulacaq. Hər klub eyni transfer dövründə maksimum 3 belə oyunçu ilə güclənə bilər.
Legionerlər isə Böyük Britaniyada işləmək hüququ almaq üçün müəyyən ballar toplamalıdır. Bu göstərici onun yığmadakı oyun sayı və ölkəsinin millisinin FİFA reytinqindəki mövqeyindən asılı olacaq.