16:13 03-12-2020
news_image
128
FUTBOL

“Çempionlar Liqasında uğur qazana bilməyənlər...” – Mourinyo narazıdır

Avrokubokların formatı növbəti dəfə tənqidə tuş gəlib.

Apasport.az saytının məlumatına görə, bu dəfə İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo iradlarını bildirib.

Portuqaliyalı UEFA-nın Çempionlar Liqasından Avropa Liqasına tətbiq etdiyi “keçid”lərdən narazıdır. Mütəxəssis qitənin ən nüfuzlu klub turnirində uduzanların digər yarışa keçməsini düzgün saymır: “Avropa Liqasında hazırda biz yürüşdəyik. Biz buradakı ən vacib atlardan biriyik. Bunu qəbul etməliyik. Avropa Liqasındakı İngiltərə komandası qələbəyə iddiaçıdır. Amma pley-offda bizə başqa vacib komandalar da qoşulacaq. Heç vaxt bu sistemlə razı olmamışam. Amma nə varsa, elə odur. Çempionlar Liqasında uğur qazana bilməyən 8 komanda evlərinə yollanmaq əvəzinə Avropa Liqasında oynayacaq. Bu da yarışın gedişatını dəyişəcək”.

Qeyd edək ki, Çempionlar Liqasının qrupunda 3-cü olan 8 komanda Avropa Liqasının 1/16 final mərhələsinə yollanır.