17:54 03-12-2020
news_image
110
FUTBOL

Çalhanoğlunu saxlayacaq - “Milan”

İtaliyanın “Milan” klubu Hakan Çalhanoğluya yeni müqavilə təklif etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Türkiyə millisinin futbolçusunu heyətində saxlamağa qərar verib.

Milanlılar yarımmüdafiəçinin oyunundan tam razıdır və onun xidmətində maraqlıdır. Klub rəhbərliyi bu üzdən 2021-ci ilin iyununda başa çatacaq anlaşmanı uzatmaq istəyir.

Qeyd edək ki, Çalhanoğlunun transferində İspaniya “Atletiko”su maraqlıdır.