
15:09
Avropa Liqasının V turunda “Qarabağ”ın futbolçusu Xayme Romeronun Təl-Əviv “Makkabi”sinin qapısından keçirdiyi top yubileylə əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, ispaniyalı Azərbaycan klublarının Avropa Liqasında vurduğu 250-ci qol olub.
2009-cu ilədək UEFA kuboku adlanan turnirdə 1994-cü ildə debüt edən ölkəmizin təmsilçiləri 248-ci oyunda 250-yə çatıb. Azərbaycanın həm bu turnirdə, həm avrokuboklarda ilk qolunu Yadigar Süleymanov vurub. O, 1995-ci ildə “Kəpəz”in heyətində “Austriya”nı məyus edib.