23:50 03-12-2020
news_image
225
FUTBOL

“Qarabağ”la qazandı, mövqeyində qaldı – Azərbaycan UEFA reytinqində

Avropa Liqasının qrup mərhələsində ilk xalını qazanan “Qarabağ” Azərbaycanın UEFA reytinqindəki əmsalını artırıb. 

Apasport.az saytının məlumatına görə, V turda Təl-Əviv “Makkabi”si ilə qeydə alınan 1:1 hesablı heç-heçə ölkəmizə 0,250 xal qazandırıb.

Bununla da cari mövsümün ümumi qazancı 2,500-ə yüksəlib. Bunun 1,625-i “Qarabağ”ın aktivindədir. Azərbaycan üçün “Neftçi” 0,500, “Keşlə” 0,250, “Sumqayıt” 0,125 xal gətirib.

Son 5 mövsümün nəticələrinə əsasən hesablanan UEFA reytinqindəki xalımız 16,875-ə çatıb. Bu, 26-cı pillədə qərarlaşan Azərbaycanın mövqeyini dəyişməsi üçün yetərli olmayıb. Qonşu pillələrdə qərarlaşan ölkələrlə fərqi böyük olan ölkəmiz elə indiki mövqeyində qalıb.

Qeyd edək ki, bu sıralama avrokubokların 2022/23 mövsümündəki klub bölgüsündə istifadə olunacaq.