00:27 04-12-2020
news_image
167
FUTBOL

"Xarakter göstərdilər" - "Qarabağ"ın məşqçisi

"Çətin oyun oldu, yaxşı komandaya qarşı oynadıq”.

Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov deyib.

O, Avropa Liqasının qrup mərhələsinin V turunun “Makkabi” (Təl-Əviv, İsrail) ilə İstanbulda keçirilən ev oyunu (1:1) barədə fikirlərini açıqlayıb: “Qələbə üçün meydana çıxmışdıq. Oyunun gedişatı onu göstərirdi ki, hər iki komanda fərqlənə bilərdi, yekunda 1 xal qazandıq. Futbolçulara təşəkkür edirəm, yaxşı mübarizə apardılar, xarakter göstərdilər".

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxduğu üçün matça yollanmayıb.