01:09 04-12-2020
news_image
120
FUTBOL

“Qarabağ”a qalib gəlsəydik...” - Dor Perets

“Bu oyuna qələbə üçün çıxmışdıq. Qalib gəlsəydik 1/16 finala vəsiqəni təmin edə bilərdik”.

Apasport.az saytının məlumatına görə, bunu Təl-Əviv “Makkabi”sinin futbolçusu Dor Perets deyib.

Yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin V turunun “Qarabağ”la İstanbuldakı görüşü (1:1) barədə fikirlərini açıqlayıb. O bildirib ki, “Vilyarreal”ın ardınca 1/16 finala yüksələn ikinci komanda adını qazanmağa iddialıdırlar: “Lakin bir xalla kifayətləndik. Hər şey son turda həll olunacaq. İnanıram ki, “Sivasspor”la qarşılaşmada bizə lazım olan nəticəni qazanıb mübarizəni davam etdirəcəyik”.