09:00 04-12-2020
news_image
98
FUTBOL

Həftənin futbolçusu adına namizəddir – türkiyəli hücumçu

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA qrup mərhələsinin V turunda fərqlənən 4 futbolçunu müəyyənləşdirib.

Bunlar Maqnus Volff Eykrem (“Molde”), Yens Petter Hauqe (“Milan”), Burak Yılmaz (“Lill”) və Qalenodur (“Braqa”). Həftənin oyunçusu azarkeşlər arasında keçirilən səsvermə ilə bəlli olacaq.

Qeyd edək ki, geridə qalan turda Qaleno 1 qol, Eykrem və Hauqe 1 qol, 1 assistlə yadda qalıbsa, Burak aktivinə 2 top yazdırıb.