09:30 04-12-2020
news_image
108
FUTBOL

Antirekord – Avropa Liqasında

Avstriyanın “Rapid” klubu Avropa Liqasında antirekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, Vyana təmsilçisi turnirdə ən çox uduzan komanda adına yiyələnib.

Avstriyalılar qrup mərhələsinin V turunda “Arsenal”a məğlub olub. 1:4 hesablı yenilgi “Rapid”in Avropa Liqasında 27-ci məğlubiyyətidir.

Vyanalılar bu göstəricidə Norveç “Rusenborq”unu (26) keçib. Portuqaliya “Sportinq”i və Danimarka “Kopenhagen”i hərəyə 23 dəfə yenilib.