10:03 04-12-2020
news_image
107
FUTBOL

Qrupda 3-cü dəfə - evdə...

“Qarabağ” avrokubokların cari mövsümündə qrupda keçirdiyi hər üç oyunda qol vurub.

Apasport.az saytının məlumatına görə, rəqiblərini İstanbulda qəbul etməli olan Ağdam təmsilçisi “Vilyarreal” (1:3) və “Sivasspor”un (2:3) ardından Təl-Əviv “Makkabi”sinin də qapısına yol tapıb - 1:1.

Bu, Azərbaycan futbolu tarixində 3-cü belə haldır ki, təmsilçimiz qrupdakı bütün ev matçlarında qol sevinci yaşayır. 2015/16 mövsümündə “Qarabağ” “Slovan” (2:2), PAOK (2:0) və “Fiorentina”ya (1:2) qol vurmağa nail olub.

2016/17 mövsümündə həmin göstəricini “Qəbələ” təkrarlayıb. “Mayns” (2:3), “Sent-Etyenn” (1:2) və “Anderlext”lə (1:3) ev görüşlərində uduzan təmsilçimiz hər qaşılaşmda qol sevinci yaşayıb.