11:36 04-12-2020
news_image
95
FUTBOL

Yeni fikrə düşdü - Ramos

İspaniyanın “Real” klubunun kapitanı Serxio Ramos fikrini dəyişib.

Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl La Liqa təmsilçisində qalmaq istədiyini bildirən ulduz futbolçu artıq ayrılmaq barədə düşünür.

Buna səbəb “kral klubu”nun təklifinin ürəkaçan olmamasıdır. Məsələ burasındadır ki, ispanlar mərkəz müdafiəçisi ilə maksimum yeni 2 illik müqaviləyə yaxın dururlar. Ancaq Ramos uzunmüddətli sözləşmə tələb edib. Fransa çempionu PSJ, eyni zamanda İtaliya və İngiltərə klublarından da təkliflər alan 34 yaşlı oyunçu istəyi yerinə yetirilməyəcəyi təqdirdə mövsümün sonunda “Real”ı tərk edəcək.

Qeyd edək ki, Ramosun klubu ilə anlaşma müddəti 2021-ci ilin yayına qədərdir.