11:40 04-12-2020
news_image
86
FUTBOL

3 məşqçisi koronavirusa yoluxdu – Türkiyə klubunun

Türkiyənin daha bir klubunda koronavirusa yoluxma halı aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, “Yeni Malatyaspor”da 3 nəfərin testinin pozitiv çıxdığı açıqlanıb.

Bu dəfə yoluxanlar futbolçular yox, köməkçi məşqçilər olub. Həmin şəxslər dərhal karantinə alınıb.

Qeyd edək ki, bu mövsüm Super Liqada keçirdiyi 9 oyunda 12 xal toplayan “Yeni Malatyaspor” turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.