12:01 04-12-2020
news_image
535
DİGƏR NÖVLƏR

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTOSESSİYA

Vətən müharibəsində şəhid olanların xatirəsi yad edilib.

APA-nın məlumatına görə, bütün ölkə ərazisində şəhidlərin xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilsin.