12:45 04-12-2020
news_image
424
TOP OYUNLARI

Avropa çempionatında təxirəsalma – koronavirusa görə

Qadın həndbolçular arasında Avropa çempionatının Serbiya – Niderland oyunu təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, buna serbiyalı həndbolçulardan birində koronavirus infeksiyasının aşkarlanmağı səbəb olub.

Yoluxan idmançı karantinə alınaraq təcrid edilib. Bu gün keçirilməli olan matç sabaha təxirə salınıb.

Bu Avropa çempionatında ikinci koronavirus yoluxmasıdır. Yarış öncəsi test zamanı Rumıniya millisində virusa yoluxma halı qeydə alınmışdı. Karantinə göndərilən komanda təkrar testdən sonra Almaniya ilə görüşə (19:22) buraxılmışdı.