13:09 04-12-2020
news_image
124
FUTBOL

Rəmzi komanda açıqlandı – Avropa Liqasında

Avropa Liqasında həftənin rəmzi komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin V turunun “11-liy”ində 9 klub təmsil olunub.

Yalnız “Arsenal”la “Molde”nin iki oyunçusu fərqlənib. Azərbaycan çempionu “Qarabağ”ın mübarizə apardığı İ qrupunun heç bir klubunun futbolçusu siyahıya daxil edilməyib.

Qapıçı: Milan Boryan (“Srvena Zvezda”);
Müdafiəçilər: Birk Risa (“Molde”), Pablo Marí (“Arsenal”), Taras Kaçaraba (“Slovan”), Naço Monreal (“Real Sosyedad”);
Yarımmüdafiəçilər: Pizzi (“Benfika”), Nikolas Pepe (“Arsenal”), Maqnus Volff Eykrem (“Molde”), Yens Petter Hauqe (“Milan”);
Hücumçular: Qaleno (“Braqa”), Abdallah Sima (“Slaviya”).