13:34 04-12-2020
news_image
144
FUTBOL

“Qarabağ” şansımızı son tura saxladı” – “Sivasspor”un məşqçisi

“Vilyarreal”a qalib gəlsəydik, son turda “Makkabi” ilə matçda heç-heçə sərf edəcəkdi”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Sivasspor” klubunun məşqçisi Bülənt Albayrak Avropa Liqasının qrup mərhələsində “Vilyarreal”la (İspaniya) keçirilən oyundan sonra deyib.

Sivaslılar rəqibə 0:1 hesabı ilə məğlub olsa da, İsrail təmsilçisi “Makkabi”nin Azərbaycan çempionu “Qarabağ”la bərabərə qalması (1:1) səbəbindən şansını davam etdirib.

Baş məşqçi Rıza Çalımbay koronavirusa yoluxduğu üçün komandanı meydana çıxaran Bülənt Albayrak İsrailə yalnız qələbə üçün yollanacaqlarını söyləyib: “Makkabi”nin “Qarabağ” önündə büdrəməsi şansımızı son tura saxladı. Belə bir məqamda “Vilyarreal”a uduzmaqla heç-heçə etmək arasında heç bir fərq görmürəm. Hər iki halda son turda qələbə yeganə çarədir. Təl-Əvivə final görüşünə çıxmağa gedəcəyik. “Makkabi”ni səfərdə üstələyəcək gücdəyik”.

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək son tur oyunlarında “Sivasspor” “Makkabi”nin, “Qarabağ” isə “Vilyarreal”ın qonağı olacaq.