17:22 04-12-2020
news_image
138
FUTBOL

250 milyonluq yardım - Premyer Liqadan

İngiltərə Premyer Liqası aşağı dəstələrə maliyyə yardımı edəcək.

Apasport.az saytının məlumatına görə, 2-4-cü liqalara ümumilikdə 250 milyon funt sterlinq ödəniləcək.

Bu, koronavirus pandemiyası üzündən maliyyə çətinlikləri yaşayan aşağı dəstə təmsilçilərinin çıxılmaz vəziyyətdən xilas etməlidir. Bir müddət əvvəl Böyük Britaniya hökuməti aşağı dəstələri özündə birləşdirən İngiltərə Futbol Liqasını yardım alacaq qurumlar siyahısına daxil etməyib. Bu, liqaya əlavə 300 milyon funt sterlinq gətirəcəkdi. Premyer Liqadan edilən yarımın 200 milyonu klublara faizsiz ssuda verilməsinə ayrılıb.