
17:58
Azərbaycan Premyer Liqasında növbəti təyinatlar açıqlanıb.
Apasport.az saytının məlumatına görə, XII turun baş tutacaq yeganə matçının hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi bəlli olub.
"Qarabağ" - "Qəbələ" görüşünü Orxan Məmmədov idarə edəcək.
Qeyd edək ki, turun digər üç oyunu koronavirusa görə təxirə salınıb.
Azərbaycan Premyer Liqası
XII tur
6 dekabr (bazar)
16:00. “Qarabağ”– “Qəbələ”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Azersun Arena”