22:04 04-12-2020
news_image
109
FUTBOL

Avropa Liqasında həftənin futbolçusu seçildi – türkiyəli hücumçu

Avropa Liqasında həftənin oyunçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin V turunun ən yaxşısı Burak Yılmaz seçilib.

Fransanın “Lill” klubunun türkiyəli hücumçusu azarkeşlər arasında aparılan səsvermənin qalibi olub. Burak Çexiya “Sparta”sı ilə qarşılaşmasında dubl edərək, komandasına 2:1 hesablı qələbə qazandırıb.

35 yaşlı forvard səsvermədə digər namizədlər Maqnus Volff Eykrem (“Molde”), Yens Petter Hauqe (“Milan”) və Qalenonu (“Braqa”) qabaqlayıb.