22:11 04-12-2020
news_image
166
FUTBOL

Dünya çempionatının vaxtını və formatını açıqladı - FİFA

2021-ci il klublararası dünya çempionatının təxmini vaxtı və formatı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, FİFA gələn il Yaponiyada keçiriləcək turnirdə 7 komandanın mübarizə aparacağını açıqlayıb.

Hələlik yarışın dəqiq tarixi məlum olmasa da, ilin sonunda təşkili planlaşdırılır. Ali futbol qurumu turnirin 24 klubun iştirakı ilə Çində keçirilməsini istəsə də, koronavirus pandemiyası səbəbindən təqvimdə yaranan sıxlığı nəzərə alaraq, bu qərara gəlib.

Qeyd edək ki, 2020-ci il klublararası dünya çempionatı gələn ilin fevralına təxirə salınıb.