22:51 04-12-2020
news_image
122
FUTBOL

A seriyasının ən yaxşısıdır - Ronaldo

İtaliya A seriyasında noyabrın ən yaxşı futbolçusu seçilib.

Apasport.az saytının məlumatına görə, “Yuventus”un hücumçusu Kriştianu Ronaldo bu ada yiyələnib.

35 yaşlı forvard ötən ay ərzində ölkə çempionatında meydana çıxdığı 3 oyunda 5 qola imza ataraq mükafata sahib çıxıb. Portuqaliyalı superulduz yalnız “Benevento” (1:1) ilə görüşdə iştirak etməyib.

Qeyd edək ki, koronavirusa yoluxduğu üçün oktyabrdakı oyunları buraxan Ronaldo dönüşünü noyabrın 1-də “Speziya” (4:1) ilə matçda qeyd edib.