12:04 05-12-2020
news_image
128
FUTBOL

Yarımmüdafiəni gücləndirir – “Mançester Yunayted”

İngiltərənin “Mançester Yunayted” klubunun transfer siyahısındakı daha iki futbolçu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

İtaliya “Atalanta”sında çıxış edən Amad Diallo ilə danışıqların ilkin mərhələsi müsbət nəticə vəd edir. Fil Dişi Sahilindən olan 18 yaşlı yarımmüdafiəçinin keçidi artıq yanvarda reallaşa bilər.

“Lester”in 22 yaşlı futbolçusu Xarvi Barns da mançesterlilərin hədəfindədir. Qiyməti 28 milyon avro olan yarımmüdafiəçi keçidi düyünə düşən Ceydon Sançonun əvəzinə alınacaq.