
17:58
Avropa Liqasında “Qarabağ”ın rəqibi olan İspaniya “Vilyarreal”ı qış transfer dövründə heyətini gücləndirmək niyyətindədir.
Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi sabiq futbolçusu Mateo Muzakkionun keçidində maraqlıdır.
Hazırda İtaliyada “Milan”ın şərəfini qoruyan müdafiəçi 2010-17-ci illərdə “Vilyarreal”da oynayıb. A seriyası klubu 30 yaşlı futbolçunu heyətində saxlamaq niyyətində deyil.