13:24 05-12-2020
news_image
767
FUTBOL

Daha 5 koronavirusa yoluxma - “Qarabağ”da

“Qarabağ”ın daha beş futbolçusunda koronavirus aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

Bildirilir ki, Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov və Kevin Medinanın koronavirus testi müsbət nəticə verib. Bu, Avropa Liqasının qrup mərhələsində "Makkabi" ilə matçdan geri döndükdən sonra Peşəkar Futbol Liqasının tələblərinə əsasən Premyer Liqanın XII turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlıqları çərçivəsində verilən test zamanı aşkarlanıb.

Daha öncə testin nəticəsi pozitiv olan daha iki futbolçu Mahir Emreli və Abbas Hüseynov da müalicələrini davam etdirir. Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq Bakıya qayıdıb.