21:41 05-12-2020
news_image
115
FUTBOL

Sterlinq rekord vurdu – “Mançester Siti”dən 15 ildən sonra ilk

“Mançester Siti”nin futbolçusu Rahim Sterlinq İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı ingiltərəli ən çox penalti qazanan futbolçu adına yiyələnib.

“Fulhem”lə XI turun görüşündə ona qarşı qayda pozuntusuna qarşı təyin olunan 11 metrlik cərimə zərbəsi Sterlinqin qazandığı 20-ci penalti olub. Bu, Premyer Liqa tarixində ən yüksək göstəricidir.

Maraqlıdır ki, 2:0 hesabı ilə qalib gələn “şəhərlilər” son 15 ildə ilk dəfə matçı start “11-liy”i ilə başa vurub. Mançester təmsilçisi sonuncu dəfə 2005-ci il aprelin 2-də “Vest Hem”lə qarşılaşmada əvəzetmədən yararlanmamışdı. Həmin vaxt komandanı meydana Stüart Pirs çıxarıb.