01:22 06-12-2020
news_image
178
FUTBOL

Premyer Liqada rekord - “Mançester Yunayted”dən

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, “Vest Hem”lə oyunda 3:1 hesablı qələbə qazanan mançesterlilər əzmkar xallarda rekord vurub.

“Qırmızı şeytanlar” hesabda geri düşdüyü matçlarda 385 xal qazanıb. Bu, 1992-ci ildən indiki adla keçirilən Premyer Liqada yeni rekorddur.

Mançesterlilər 383 xala malik “Tottenhem”i arxada qoyub. “Arsenal” 356, “Liverpul” 336, “Çelsi” 332 xalı xilas edib.