12:44 06-12-2020
news_image
130
FUTBOL

“Dmitri Nazarov uğurlu çıxışın qurbanıdır” – baş məşqçi

Almaniyanın “Aue” klubunun baş məşqçisi Dirk Şuster Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun əsas heyətə düşə bilməməsinə aydınlıq gətirib.

Apasport.az saytının məlumatına görə, 53 yaşlı mütəxəssis bu seçimini performansla əlaqələndirib.

Onun sözlərinə görə, yarımmüdafiəçi yenə də yerini qaytarmaq üçün məşqlərdə çox çalışır: “Dmitri Nazarov, Yan Hoşeydt və Antonio Jonjiç kimi futbolçular son vaxtlar uğurlu çıxışımızın və meydandakı yüksək performansın qurbanlarıdır. Ancaq komandanın bir parçası olduqlarını məşqlərdə göstərirlər. Bu isə hər kəsə fayda verəcək”.

Qeyd edək ki, hazırda 15 xalla Bundesliqa II-də 7-ci pillədə qərarlaşan “Aue” bu gün X tur çərçivəsində “Reqensburq”la qarşılaşacaq.