13:05 06-12-2020
news_image
136
FUTBOL

“... 100 il çəkə bilər” - Levanovski

Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski İspaniya “Barselona”sının kapitanı Lionel Messi haqda fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, polşalı forvard Argentina millisinin üzvünə tərif yağdırıb.

O, Leonu futbol tarixinin ən yaxşıları sırasında göstərib: “Messi əla oyunçudur, futbol tarixinin ən yaxşılarından biridir. Bilirəm ki, ondan həmişə çox şey gözlənilir. Bəlkə də, Messinin qazandıqlarını heç kim əldə edə bilməz. Onun kimi birinin gəlməsi 100 il çəkə bilər. Lakin gördüyü işlər sayəsində Messi tarixin ən böyük futbolçularından biridir və belə də qalacaq”.

Qeyd edək ki, Messinin “Barselona” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.