13:42 06-12-2020
news_image
259
DİGƏR NÖVLƏR

İdmançı 21 yaşında öldü – koronavirusa görə

San Marino velosipedçisi Maykl Antonelli 21 yaşında vəfat edib.

Apasport.az saytının məlumatına görə, buna səbəb gənc idmançının koronavirusa yoluxması olub.

Antonelli testi pozitiv çıxdıqdan sonra noyabrın 30-da xəstəxanaya yerləşdirilmiş, ailəsi isə evdə karantinə alınmışdı. Lakin halı pisləşən velosipedçinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Maykl Antonelli 2018-ci ilin avqustundakı yarış zamanı dərəyə düşərək ağır yaralanmışdı. Sağalması uzun sürən idmançının qəbul etdiyi dərmanlara görə bədəni zəifləmişdi.