13:59 06-12-2020
news_image
101
FUTBOL

Paytaxt klubundan ayrılır – millinin futbolçusu

İngiltərənin “Tottenhem” klubunun qış fasiləsində yollarını ayıracağı bir futbolçunun adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Harri Uinks yanvarda komandasını dəyişmək qərarına gəlib.

İngiltərə millisinin üzvü hələ mövsümün əvvəlində London təmsilçisi ilə vidalaşmaq istəsə də, rəhbərlik icazə verməmişdi. Lakin paytaxt klubu artıq onun gedişinə qarşı deyil. 24 yaşlı orta sahə oyunçusunun icarə əsasında “Aston Villa”ya keçidi gündəmdədir.

Qeyd edək ki, “Tottenhem”in yetirməsi olan Harri Uinks 2014-cü ildən əsas komandaya cəlb edilir.