14:20 06-12-2020
news_image
127
FUTBOL

“Çelsi”dəki yetirmələrini istəyir - Konte

İtaliyanın “İnter” klubu qış transfer dönəmində 2 futbolçunu heyətinə cəlb etmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Antonio Konte İngiltərənin “Çelsi” klubunda birgə çalışdığı oyunçuların xidmətində maraqlıdır.

Təcrübəli mütəxəssis London təmsilçisinin yarımmüdafiəçisi Nqolo Kante və hücumçusu Olivye Jirunun Milana köçməsi üçün rəhbərliyə təlimat verib. Klublar arasında danışıqlara artıq start verilib. “Çelsi” rəhbərliyi də fransalı futbolçuların satılmasının əleyhinə deyil.

Qeyd edək ki, bu mövsüm Premyer Liqada Jiru 6 oyunda 2 qol vurub, Kante isə 11 matçda 1 məhsuldar ötürmə verib.