14:26 06-12-2020
news_image
149
FUTBOL

Müqaviləsinə xitam verildi - PSJ-də ayrılıq

Fransanın PSJ klubu hücumçusu Xese Rodrigeslə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ispaniyalı forvardın mövsümün sonuna qədər olan müqaviləsinə xitam verilib. PSJ-də olduğu müddətdə əsasən digər klublarda icarə əsasında çıxış edən 27 yaşlı oyunçu artıq azad agent statusu daşıyır.

Qeyd edək ki, Xese Rodriges PSJ-yə 2016-cı ildə İspaniya klubu “Real”dan keçib.