15:02 06-12-2020
news_image
107
FUTBOL

Süni aparatdan ayrıldı – Yılmaz Vural

Koronavirusa yoluxan türkiyəli məşqçi Yılmaz Vuralın səhhəti yaxşılaşıb.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis artıq özünə gəlib.

Həkimlər bir neçə gündür reanimasiyada olan Vuraldan süni aparatı ayırıblar. 67 yaşlı məşqçi artıq aparatın köməyi olmadan özü nəfəs ala bilir. Onun yaxın günlərdə palataya keçirilməsi gözlənilir.

Qeyd edək ki, Yılmaz Vural noyabrın 24-də koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilib.