22:17 06-12-2020
news_image
242
FUTBOL

Püşkü gözləyir – Azərbaycan millisi

Sabah DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Apasport.az saytının məlumatına görə, Sürixdə baş tutacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Seçmə mərhələdə 10 komanda Qətər-2022-yə, 10 komanda isə pley-offa vəsiqə əldə edəcək. Bu 20 yer uğrunda 55 yığma mübarizə aparacaq. Onlardan təxminən 35-40-ı bu yerlərdən birini tutmağa iddialıdır. Püşkatma məhz bu ölkələr üçün daha çox maraq doğurur. Azərbaycan yığması seçmə mərhələ ilə bağlı heç bir iddiası, istəyi, arzusu olmayan azsaylı iştirakçılar sırasındadır.

5-ci səbətdə yer alan Canni de Byazinin yetirmələri ən yaxşı halda 6-cı səbətdən bir zəif komandaya rəqib ola bilər. Digər səbətlərdəki yığmalar həm reytinq, həm də səviyyə baxımından millimizdən üstündür.

1-ci səbət: Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, İtaliya, Xorvatiya, Danimarka, Almaniya, Niderland
2-ci səbət: İsveçrə, Uels, Polşa, İsveç, Avstriya, Ukrayna, Serbiya, Türkiyə, Slovakiya, Rumıniya
3-cü səbət: Rusiya, Macarıstan, İrlandiya, Çexiya, Norveç, Şimali İrlandiya, İslandiya, Şotlandiya, Yunanıstan, Finlandiya
4-cü səbət: Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, İsrail, Belarus, Gürcüstan, Lüksemburq
5-ci səbət: Ermənistan, Kipr, Farer adaları, Azərbaycan, Estoniya, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra
6-cı səbət: Malta, Moldova, Lixtenşteyn, Cəbəllütariq, San Marino