22:04 06-12-2020
news_image
84
FUTBOL

A seriyası matçı təxirə salındı – fırtınaya görə

İtaliya A seriyasının X turunda keçirilməli olan “Udineze” – “Atalanta” oyunu baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb Udinedə güclü yağış və fırtınanın olmasıdır.

Stadionun ot örtüyü yararsız hala düşdüyündən, görüşün baş hakimi kapitanlarla birlikdə oyunun keçirilməməsini qərara alıb. İtaliya Futbol Federasiyası qarşılaşmanı qeyri-müəyyən vaxta təxirə salıb.

Qeyd edək ki, hazırda A seriyasında “Atalanta” 9-cu, “Udineze” isə 14-cü pillədə qərarlaşıb.