
22:53
İspaniya La Liqa-2-də XVII tur davam edir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun formasını geyindiyi “Albasete” ev oyununa çıxıb.
Adıçəkilən komanda “Xirona”nı qəbul edib. İkinci hissədə buraxdığı 2 qolla 0:2 hesabı ilə məğlub olan “Albasete”nin qələbəsiz oyunlar seriyası 9-a yüksəlib. Start heyətində meydana çıxan İsrafilov 70-ci dəqiqədə, hesab 0:1 olarkən əvəzlənib.
“Albasete” hazırda 11 xalla 22 komanda arasında 21-ci pillədə qərarlaşır.