23:26 06-12-2020
news_image
81
FUTBOL

“Qarabağ”la oyunöncəsi qolsuz sülh – “Vilyarreal”dan

İspaniya La Liqasında XII turun oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Vilyarreal” ev matçına çıxıb.

Unay Emerinin kollektivi Azərbaycan çempionu ilə oyunöncəsi “Elçe”ni qəbul edib. “De La Keramika” stadionunda baş tutan qarşılaşmada qolsuz bərabərlik qeydə alınıb. Bu nəticə ilə “Vilyarreal” 21 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, “Vilyarreal”la “Qarabağ” arasında görüş Avropa Liqasının son turu çərçivəsində dekabrın 10-da keçiriləcək.