23:33 06-12-2020
news_image
102
FUTBOL

Tarixində ilk dəfə - bir oyunda 5 qol

İngiltərə Premyer Liqasının XI turunda “Vest Bromviç”in qonağı olan “Kristal Pelas” böyükhesablı qələbə (5:1) qazanıb.

Apasport.az saytının məlumatına görə, “Kristal Pelas” bununla tarixində ilk dəfə Premyer Liqa matçında 5 qol vurub.

Roy Hocsonun başçılıq etdiyi komanda 404-cü görüşündə bunu bacarıb. Meydan sahiblərindən Mateus Pereyranın 34-cü dəqiqədə qırmızı vərəqə almasının bunda böyük payı var. Çünki həmin anda hesab 1:1 idi və “Kristal Pelas” fasilədən sonra rəqib qapısına daha 4 qol vurub.

Qeyd edək ki, “Kristal Pelas” hazırda 16 xalla turnir cədvəlinin 11-ci pilləsində yer alıb.