16:07 31-07-2008
news_image
404
STOLÜSTÜ OYUNLAR

Nicat Məmmədov sabah Hollandiyada beynəlxalq turnirə qatılacaq

Bakı. Kənan Həsənov - APA-Sport. Sabah Hollandiyanın Tvente şəhərində beynəlxalq şahmat turniri start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, turnir çərçivəsində təşkil olunacaq gənc ustaların birinciliyində ölkəmizi Nicat Məmmədov təmsil edəcək. Beynəlxalq qrossmeysterimiz 20 şahmatçının qatılacağı turnirin reytinq favoritidir. 9 turdan ibarət olan yarışa avqustun 9-da yekun vurulacaq.