
00:08
Şotlandiya Premyer Liqasının XVI turunda “Ross Kaunti”nin qonağı olan “Reyncers” 4:0 hesablı qələbə qazanıb.
Apasport.az saytının məlumatına görə, oyun Qlazqo klubunun hücumçusu Cermeyn Defo üçün əlamətdar olub.
74-cü dəqiqədə meydana daxil olan 38 yaşlı forvard son dəqiqələrdə vurduğu qolla yekun hesabı müəyyənləşdirib. Bu, Defonun peşəkar karyerasında 800-cü matçı kimi yaddaşda qalıb. Klublar və İngiltərə millisində keçirdiyi 800 görüşdə forvard aktivinə 322 top yazdırıb.
Qeyd edək ki, Cermeyn Defo “Reyncers”ə ötən il “Bornmut”dan keçib.