07:46 07-12-2020
news_image
173
STOLÜSTÜ OYUNLAR

Şahmatçımızın qələbəsi ilə başa çatdı - “Qarabağ Azərbaycandır!” turniri

“Qarabağ Azərbaycandır!” beynəlxalq onlayn şahmat tuniri başa çatıb.

Apasport.az saytının məlumatına görə, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Azərbaycan Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirilən yarışda 33 ölkədən 160 şahmatçı mübarizə aparıb.

Dünyanın 17 yaşadək top şahmatçılarının da qatıldğı turnirdə 5 qrossmeyster, 10 beynəlxalq usta, 17 FİDE ustası, 26 ustalığa namizəd iştirak edib.

Final mərhələsində 11 oyundan 8,5 xal toplayan Xəzər Babazadə hamıdan güclü olub. İkinci yerin sahibi 17 yaşadək şahmatçılar arasında dünyanın ən yüksək reytinqli şahmatçısı, özbəkistanlı Nodirbek Abusattarov olub. 3-4-cü yerləri eyni xal toplayan belaruslu Denis Lazavik və həmyerlimiz Əhməd Əhmədzadə bölüşdürüb. Əlavə əmsallara görə Denis 3-cü, Əhməd isə 4-cü olub.