09:27 07-12-2020
news_image
197
FUTBOL

65 ilin rekordu – “Milan”dan

“Milan” İtaliya A seriyasının son 65 ilində özünün ən yaxşı startına imza atıb.

Apasport.az saytının məlumatına görə, “rossonyeri” ilk 10 turda 8 qələbə qazanıb.

Milanlılar X turda “Sampdoriya”nı 2:1 hesabı ilə məğlub edib. Komandanın tarixində ən yaxşı start 1954/55 mövsümündə olub. Həmin vaxt Milanın eyniadlı təmsilçisi 10 oyunda 9 qələbə qazanıb.

Stefano Piolinin yetirmələri çempionatdakı məğlubiyyətsizlik seriyasını da 22-yə çatdırıb. “Milan” sonuncu dəfə martın 8-də “Cenoa”ya uduzub – 1:2.